Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda yeni tikilmiş 67 binanın istismarına icazə verilməyib

Baxış: 287


Müstəqillik illərində Bakıda tikilmiş 67 binanın istismarına hələ də icazə verilməyib.
“Sahibkartv.az”ın xəbərinə görə ki, bunu Bakıda keçirilən "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda keçirilən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.
"19 fevral 2019-cu ildə ölkə prezidenti “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanın icra edildiyi müddətdə 8 milyon kvadratmetrdən artıq yaşayış sahəsi mənzil sahiblərinin mülkiyyətinə verilərək, onlara sənəd təqdim edilib. Bununla da təxminən 85 min ailə öz mənzili üzərində mülkiyyət hüququ əldə edib. Təəssüf ki, 67 binanın istismarına hələ də icazə verilməyib. Bunun da səbəbləri var. Qüsurların aradan qaldırılması üçün lazım olan vəsait barədə arayış mərkəzi icra hakimiyyəti orqanlarına təqdim olunub. Ümid edirik ki, bu məsələ də öz həllini tapacaq”,- deyə o bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.