Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ələt Azad İqtisadi Zonasının imkanları artırılacaq

Baxış: 229


Ələt Azad İqtisadi Zonasının imkanları artırılacaq
Azərbaycan hökuməti Bakının Qaradağ rayonunda yerləşən Ələt Azad İqtisadi Zonasının imkanlarını artıracaq.
Sahibkartv.az xəbər verir ki, bunu Zonanın İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda bildirib.
"Hazırda burada iş adamlarının istifadəsi üçün yararlı 60 hektarlıq zonalar var. Bir ildən sonra əlavə olaraq 54 hektar ərazini istifadəyə verəcəyik. Zonanın ümumi ərazisi isə 850 hektar təşkil edir", - deyə o qeyd edib.
"Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək, innovativ texnologiyalar istifadə etməklə xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə verməkdir", - deyə V.Ələsgərov əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.