Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan əhalisi 11 ayda 25 milyard manatlıq ərzaq alıb

Baxış: 283


Azərbaycan əhalisi 11 ayda 25 milyard manatlıq ərzaq alıb
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 111 milyon manatlıq mal, o cümlədən 25 354,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19 756,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Bu barədə “Sahibkartv.az”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 %, qeyri-ərzaq malları üzrə 3,8 % artıb.
11 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7 %-i ərzaq məhsullarının, 4,5 %-i içkilər və tütün məmulatlarının, 14,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 %-i avtomobil benzini və dizel yanacağının, 5 %-i elektrik malları və mebellərin, 2,1 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,4 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.
2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,1 %, fərdi sahibkarlar üzrə 2,4 %, bazar və yarmarkalarda 4 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 407,4 manatlıq, o cümlədən 229 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 178,4 manatlıq qeyri-ərzaq malları alıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.