Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan-Türkiyə sərhəd-buraxılış məntəqələrində nəqliyyatın keçidi sürətlənəcək

Baxış: 268

Azərbaycan-Türkiyə sərhəd-buraxılış məntəqələrində nəqliyyatın keçidi sürətlənəcək
Azərbaycan və Türkiyə arasında sərhəd-buraxılış məntəqələrində nəqliyyat vasitələrinin sürətli keçidi təmin olunacaq.
“sahibkartv.az”-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin müavini Bəhruz Quliyev və Türkiyənin Dilucu Gömrük Müdirliyinin müdir vəkili Erdan Esenin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə bildirilib.
Görüşdə bu istiqamətdə imkanların artırılması məsələləri müzakirə edilib.
Qeyd olunub ki, hər iki ölkənin gömrükçüləri arasında keçirilən görüş əməkdaşlığın daha da dərinləşməsinə və əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.