Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Noyabrda Bakı metrosu gündəlik 627 minə yaxın sərnişin daşıyıb

Baxış: 337

Noyabr ayının ilk 9 günü ərzində Bakı metropolitenindən orta statistik hesabla gün ərzində 626 min 873 sərnişin istifadə edib.

Bu, "Sahibkartv.az"in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib.
"Noyabrın 6-9-da istirahət və bayram günlərində metropoliten orta hesabla gün ərzində 448 min 356 sərnişin daşıyıb.
Ümumiyyətlə, oktyabr ayında Bakı metropolitenindən 20 milyon 657 min 182, orta hesabla gün ərzində 666 min 361 sərnişin istifadə edib. Oktyabr ayının iş günləri ərzində isə orta hesabla gün ərzində daşınan sərnişinlərin sayı 760 min 361 nəfər təşkil edib.
Sentyabr ayında orta hesabla gün ərzində 611 min 204 sərnişin daşınmışdı. Yeni tədris mövsümü başlanandan sonra - sentyabr ayının 15-dən 30-dək 12 iş günü ərzində orta statistik hesabla 749 min 11 sərnişinə daşıma xidməti göstərilib" -deyə qurumun açıqlamasında bildirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.