Azərbaycan Respublikası Prezidentin "Bakı şəhəri Suraxanı rayonunun Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.Sahibkartv.az xəbər verir ki, Sərəncam ilə, əlli səkkiz min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması məqsədilə 2022-ci il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7 milyon manat ayrılıb.
Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması üçün ötən il büdcədən 4,9 milyon manat ayrılmışdı.





































