Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xarici işlər nazirinin müavini: "Azərbaycan həmişə BMT-nin etibarlı tərəfdaşı olub"

Baxış: 268




"Azərbaycan həmişə BMT-nin etibarlı tərəfdaşı olub".
"Sahibkartv.az" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT Günü münasibətilə keçirilən tədbirdə deyib.
O xatırladıb ki, bu il Azərbaycan Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələrin qurulmasının 30 illiyini qeyd edir.
"Son 30 ildə Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə verən ölkəyə çevrilib. Azərbaycan həmişə BMT-nin etibarlı tərəfdaşı olub, eyni zamanda Qoşulmama Hərəkatında sədrliyi çərçivəsində sülhü təşviq edir", - nazir müavini bildirib.
Onun sözlərinə görə, BMT Günü əməkdaşlığın ümumi gündəliyini genişləndirmək üçün gözəl imkan yaradır.
E.Məmmədov qeyd edib ki, bu gün dünya problem və çağırışlarla üzləşib, onların həlli yalnız birgə səylərlə mümkündür.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.