Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyə XİN başçısı: "Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir"

Baxış: 455

“Xüsusi nümayəndələrin vəzifəsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin mərhələləli şəkildə normallaşmasıdır”.

“Sahibkartv.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib.
“İndiyədək etiAmad mühitini təmin edən bəzi addımlar atılıb. Amma bu prosesi Azərbaycanla Ermənistan münasibətlərindən ayrı təsəvvür edə bilmərik. Cənubi Qafqazdakı əsaslı sabitlik həmin dövlətlərin imzaladığı müqavilə nəticəsində təmin ola bilər. Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir”, - o bildirib.
“Sonuncu seçkilərdə Ermənistan xalqı baş nazir Nikol Paşinyana çox ciddi dəstək verdi. Diaspora sığınmağa ehtiyac yoxdur. Biz deyirik ki, gəlin, Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirək. Bu zaman hər kəs, o cümlədən də Ermənistan qazanar” - nazir vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.