Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakı metrosu modernləşdirlmiş daha bir qatarı xəttə buraxıb

Baxış: 308
"Bakı Metropoliteni" QSC-də daha bir qatarın modernləşdirmə ilə orta təmiri yerinə yetirilib, qatar xəttə buraxılıb.
Bu barədə "Sahibkartv.az"a qurumdan bildirilib.
Məlumata görə, modernizasiya Rusiyanın Sankt-Peterburq şəhərinin “Spetsavtomatika” Mühəndis və İstehsal Mərkəzinin layihələri əsasında yerinə yetirilib. Təmir, sazlama və sınaq işləri zamanı, ehtiyac yarandıqda, layihə müəllifləri ilə audiovizual rabitə qurulur, müzakirələr, fikir və təcrübə mübadiləsi aparılıb.
Hazırda daha bir qatarda yuxarıda sadalanan modernləşdirmə yeniliklərinin tətbiqi ilə orta təmir işləri başlanıb. İlin sonuna qədər daha bir qatarın orta təmiri və modernizasiyası nəzərdə tutulub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.