11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
20:00 / 17-01-2025
19:41 / 17-01-2025
19:30 / 17-01-2025
19:19 / 17-01-2025
19:00 / 17-01-2025
18:52 / 17-01-2025
18:23 / 17-01-2025
18:00 / 17-01-2025
17:39 / 17-01-2025
17:16 / 17-01-2025
17:00 / 17-01-2025
16:38 / 17-01-2025
16:00 / 17-01-2025
15:45 / 17-01-2025
15:30 / 17-01-2025
15:00 / 17-01-2025
Tovuzun Ağdam kəndi istiqamətində Qaraqaya yüksəkliyində düşmən təxribatının qarşısını alarkən şəhid olan ilk qəhrəmanlarımızdan biri çavuş Vüqar Sadıqovdur.
Baku TV-nin əməkdaşları şəhidin evində olub.
Vüqar Sadıqovun anası Zeynəb xanım deyir ki, oğlu “şükür, salamatlıqdır” ifadəsindən başqa heç nə bilmirdi:
“Bir kəlmə sirr verməzdi. Atışma səsi eşidən kimi soruşurduq, ancaq “Hər şey yaxşıdır, narahat olmayın” deyirdi Vüqarım...”
Atası onu kənd körpüsündən yola salarkən Vüqar ona “düş, bir qucaqlaşaq, ata” deyib. Anası deyir, səkkiz ildə neçə dəfə gəlib gedib, atası ilə heç vaxt belə qucaqlaşmayıb... Vüqar şəhid olarkən kənddə hər kəs bilirmiş.
Səkkizinci ilə keçmişdi Vüqarın hərbçi həyatı. Bu illər ərzində ancaq ön cəhbədə xidmət aparıb. Atası Lətif kişi deyir ki, əslində, həmişə arzusunda olduğu şəhidlik zirvəsinə ucalıb oğlu. Necə deyərlər, niyyətin hara, mənzilin ora...
İki qız və bir oğul atası idi. İndi daha bir hərbçi böyüyür şəhidimiz Vüqar Sadıqovun ailəsində. Balaca Yaşar da atası kimi qəhraman hərbçi olmaq arzusundadır.
Bölməyə aid digər xəbərlər