Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda bağçalarla bağlı sevindirici xəbər

Baxış: 90
Azərbaycanda bağçalarla bağlı sevindirici xəbər


Respublika üzrə məktəbəqədər təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Baku.ws xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən satınalma prosesi elan edilib.

Layihə çərçivəsində işlərin həyata keçirilməsi üçün ehtimal olunan qiymət 7 milyon 886 min manat müəyyənləşdirilib.

Məlumata əsasən, Bakı və Sumqayıt şəhərlərində görüləcək işlər arasında məktəbəqədər təhsil müəssisələrinin binalarında əsaslı təmir, kommunal-kommunikasiya sistemləri ilə bağlı işlər və abadlıq tədbirləri yer alır.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində təmir və abadlıq işlərinin aparılması bağçaların fiziki vəziyyətinin yaxşılaşdırılmasına, uşaqlar üçün daha təhlükəsiz və rahat mühitin yaradılmasına, həmçinin köhnəlmiş bina elementlərinin yenilənməsinə imkan verəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.