Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Moskva “bükə bilmədiyi əli öpür” - Cənubi Qafqazda Türkiyə reallığı etiraf edildi

Baxış: 90
Moskva “bükə bilmədiyi əli öpür” - Cənubi Qafqazda Türkiyə reallığı etiraf edildi


Rusiya Cənubi Qafqazda yeni hərbi münaqişələrin qarşısının alınmasında maraqlıdır.

Bunu rusiyalı qafqazşünas alim Aleksandr Krılov İrəvanda keçirilən konfransda videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz Rusiya üçün həssas cənub istiqamətidir. Buna görə də Moskva ilk növbədə öz təhlükəsizliyinə qarşı potensial təhdidləri neytrallaşdırmağa çalışır.

Krılov qeyd edib ki, Cənubi Qafqaz böyük dövlətlərin maraqlarının kəsişdiyi bölgəyə çevrilir və bu, regional sabitliyin təmin edilməsini daha da çətinləşdirir.

Ekspertin fikrincə, ABŞ və Avropa İttifaqının regiondan öz geosiyasi məqsədləri üçün istifadə etmək istəyi əlavə risklər yaradır.

Krılov vurğulayıb ki, nəqliyyat əlaqələrinin inkişafı qarşılıqlı faydalı razılaşmalara, yalnız Cənubi Qafqaz ölkələrinin deyil, həm də qonşu İran və Türkiyənin suverenliyinə hörmət prinsipinə əsaslanmalıdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.