Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Simonyanın Azərbaycan səfərinin gündəliyi bəlli oldu – Mühüm məsələlər

Baxış: 90
Simonyanın Azərbaycan səfərinin gündəliyi bəlli oldu – Mühüm məsələlər


Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana planlaşdırılan səfərlə bağlı yeni detalları açıqlayıb.

Musavat.com xəbər verir ki, “Armenpress”in məlumatına görə, Simonyan bu barədə noyabrın 26-da “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən beşinci görüşdə jurnalistlərə danışıb.

Simonyan səfərin gündəliyinin əvvəlki görüşlərdən ciddi şəkildə fərqlənməyəcəyini, Azərbaycanda aparılacaq danışıqlar zamanı növbəti görüşün təşkili barədə də razılığa gəlinəcəyini bildirib.

Ermənistan rəsmisi iki ölkə arasında iqtisadi əməkdaşlıq imkanlarına toxunaraq kənd təsərrüfatı sahəsində oxşarlıqların olduğunu, Azərbaycanın neft və qaz ehtiyatları baxımından üstünlüklərə malik olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanla iqtisadi əməkdaşlıq Ermənistanı beynəlxalq təşkilatlar üçün daha cəlbedici edə bilər. Simonyan nəqliyyat əlaqələrini iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri adlandırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.