Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dəhşət yaşanır: 40 kəndlə əlaqə kəsildi - Qurumlar HƏRƏKƏTƏ KEÇDİ

Baxış: 126


Türkiyənin Artvin vilayətinin yüksək dağlıq ərazilərində son günlər yağan güclü qar nəqliyyatda ciddi çətinliklər yaradıb.
Türkiyə mətbuatına istinadla bildirir ki, qar yağışı nəticəsində Şavşat rayonunda 36, Ardanuçda isə 4 kəndin yolu nəqliyyatın hərəkəti üçün bağlanıb.
Artvinin Yol və Nəqliyyat Xidmətləri İdarəsindən verilən məlumata görə, Ardanuç rayonunda Hisarlı, Yaylacık, Yolağzı və Gümüşhane kəndlərinin yolları qar səbəbindən bağlanıb. Şavşat rayonunda isə Çağlıyan, Maden, Meydancık, Meşeli və Veliköy kəndləri də daxil olmaqla, 36 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
Bağlanan yolların açılması üçün hər iki rayonda işlərə başlanılıb. Əraziyə 11 texnika və 17 əməkdaş cəlb olunub.
Bundan başqa, Borçka rayonunun Macahel bölgəsində yerləşən Camili kəndinin yolu, eləcə də Ardanuç-Ərdahan avtomobil yolu da qar səbəbindən nəqliyyatın hərəkəti üçün bağlanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.