Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Avropa ölkələri Rusiyadan alınan qazın pulunu rublla ödəməyəcək"

Baxış: 332
Sloveniyanın baş naziri Janez Yansa hesab edir ki, Avropa ölkələri Rusiyadan nəql olunan qazın pulunu rublla ödəməyəcək.
"Mən düşünmürəm ki, Avropada heç kim həqiqətən rublun necə olduğunu bilir. Heç kim rublla ödəməyəcək", - Janez Jansa bildirib.
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin ABŞ və Avropa İttifaqına (Aİ) satılan təbii qazın qiymətinin artıq dollar və ya avro ilə qəbul etməyin mənasız olduğunu bildirib və əlavə edib: “Dost olmayan ölkələrə satılan təbii qazın dəyərinin ödənişlərində Rus rubluna keçməyi planlaşdırırıq”.
Rusiyanın ixraca görə ödənişləri dollar və avro ilə almasının mənasız olduğuna diqqət çəkən Putin, “ABŞ və AB-yə mallarımızı tədarük edərkən ödənişləri dollar, avro və bəzi valyutalarla almağın artıq bizim üçün heç bir mənası yoxdur" deyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.