Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Pentaqon: ABŞ Rusiya ilə müharibə etməyəcək

Baxış: 304
"ABŞ Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq niyyətində deyil, çünki bu, Vaşinqtonun Rusiya ilə istəmədiyi münaqişəyə gətirib çıxarardı".
“Sahibkartv.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Slovakiyada keçirilən mətbuat konfransında bildirib.
“Bayden açıq şəkildə bildirdi ki, qüvvələrimiz Ukraynada döyüşməyəcək. Eyni zamanda, biz Ukraynanı və onun ərazisini qorumaq səylərini dəstəkləmək üçün mümkün olan hər şeyi edəcəyik”, - Pentaqonun rəhbəri deyib.
“Uçuşa qadağa zonasının yaradılması sizin Rusiya ilə döyüşlərdə iştirak etməyiniz deməkdir. Biz demişik, Rusiya ilə müharibə etməyəcəyik”, - Ostin vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.