17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
Bu barədə "Sahibkartv.az"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tədbirdə AR XİN rəhbər heyəti, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları, habelə Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkətin rəhbərləri iştirak edib.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan və İran arasında mövcud tarixi bağlar, birgə dəyərlər və adət-ənənələrin ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişafına şərait yaratdığını bildirib. Nazir müavini, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü, o cümlədən Azərbaycan-İran sərhədini bərpa etməsini və Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasında sərhədi dostluq sərhədi adlandırmasını xüsusi olaraq vurğulayıb. E.Məmmədov, post münaqişə mərhələsində regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasının bölgənin sülh və inkişafına töhfə verəcəyini qeyd edib.
Daha sonra çıxış edən İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi dost, qardaş, qonşu Azərbaycan və İran arasında diplomatik əlaqələrin qurulması münasibətilə öz səmimi təbriklərini çatdırıb. Səfir, həmçinin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması naminə canlarından keçən şəhidləri hörmətlə anıb. Seyid Abbas Musəvi, Azərbaycan və İran arasında beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində geniş əməkdaşlığı məmnunluqla vurğulayıb.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və İran arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.
11:53Xarici İşlər Nazirliyində Azərbaycan və İran arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə XİN tviterdə məlumat yayıb.
Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak edir.
Bölməyə aid digər xəbərlər