21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
28 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
Bu barədə Sahibkartv.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tədbirdə AR XİN rəhbərliyi və Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbər heyəti, habelə əməkdaşları iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov 30 il ərzində Azərbaycan və ABŞ arasında münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri çərçivəsində inkişaf yolu keçdiyini qeyd edib.
Nazir müavini Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra, xüsusilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra iki ölkə arasında münasibətlərin inkişafında yeni dönəmə qədəm qoymasını və 1994-cü ildə imzalanan tarixi “Əsrin müqaviləsi”ndən sonra ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələrin dərinləşdiyini qeyd edib.
Müasir mərhələdə ikitərəfli münasibətlərin bir çox istiqamətdə inkişafından danışan E.Məmmədov, xüsusilə diqqəti post-münaqişə mərhələsində azad olunmuş ərazilərdə böyük layihələrin icrasında ABŞ-ın mümkün roluna yönəldib və quruculuq səylərində ABŞ şirkətlərinin fəal iştirakının tərəfimizdən dəstəkləndiyini qeyd edib.
Daha sonra çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer 30 il ərzində Azərbaycan və ABŞ arasında əlaqələrin müxtəlif sahələri, o cümlədən, qanunun aliliyi, iqtisadiyyat, enerji, təhlükəsizlik sahələrini əhatə etdiyini və iki ölkə arasında sözügedən sahələrdə tərəfdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib.
Azərbaycanın bir çox beynəlxalq sülhməramlı əməliyyatlara töhfə verdiyini bildirən səfir, bu xüsusda Azərbaycan sülhməramlılarının Əfqanıstanda təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini qeyd edib, həmçinin Azərbaycanın Əfqanıstana ilk sülhməramlılar göndərən və öz sülhməramlılarını sonuncu çıxaran ölkə olduğunu minnətdarlıqla vurğulayıb. L. Litzenberqer, ABŞ-ın gələcəkdə də sabitliyin, rifahın qorunması istiqamətində sadiq tərəfdaş olacağını bildirib.
Sonra tədbir iştirakçıları Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.
Bölməyə aid digər xəbərlər