Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğan Azərbaycanla bağlı sazişi TƏSDİQLƏDİ

Baxış: 306
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” sazişi təsdiqləyib.
Sahibkartv.Az xəbər verir ki, bu barədə Türkiyənin “Rəsmi Qəzet”i məlumat yayıb.
Sazişə əsasən, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi və Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi idxal və ixrac zamanı qida məhsullarının təhlükəsizliyini və yararlılığını təmin etmək üçün onların daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının ekspertizasını həyata keçirəcək.
Tərəflər idxal olunan qida məhsullarının yoxlanılmasını ölkələrin milli qanunvericiliklərində nəzərdə tutulmuş qaydada risklərin qiymətləndirilməsinə əsaslanan qida nəzarət sisteminə uyğun olaraq aparılmasına razılıq verəcəklər.
Eyni zamanda, tərəflər idxal edilən qida məhsullarının istehsal prosesi ilə yerində tanış olmaq və keyfiyyətə nəzarət sistemlərini araşdırmaq üçün yüksək riskli obyektlərə (patogen mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait hesab edilə bilən qida məhsullarının ilkin istehsalı və emalı ilə məşğul olan obyektlər) səfər etmək hüququna malik olacaqlar. Bu səfərləri ixrac edən tərəf əlaqələndirəcək.
İdxal redən tərəf lazım olduqda idxal olunmuş bütün yüklərin qanunvericiliyə uyğun olaraq yoxlanılması hüququnu özündə saxlayır. Bu sənədlərin yoxlanılmasını, fiziki müayinəni, nümunə götürməni, müvəqqəti saxlamanı və digər tədbirləri əhatə edir.
Tərəflər idxal zamanı uyğunsuzluq olduqda və milli qanunvericiliyin tələbləri yerinə yetirilmədiyi təqdirdə yüklərin qəbulundan imtina etmək hüququnu özündə saxlayacaq.
Qeyd edək ki, saziş Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin 2021-ci ilin sentyabrında Türkiyəyə rəsmi səfəri çərçivəsində imzalanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.