22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Britaniya VTB, Aeroflot, Rostech, USC və KLA-ya sanksiya tətbiq edir.
Böyük Britaniya Rusiyanın Ukraynadakı əməliyyatına görə VTB və Aeroflot şirkətlərinə qarşı sanksiyalar elan edib.
Sahibkartv.az xəbər verir ki, bu barədə Baş nazir Boris Conson bildirib.
Britaniya, Birləşmiş Təyyarə Korporasiyası ( KLA), Rostech və Birləşmiş Gəmiqayırma Korporasiyasına (USC) qarşı da sanksiyalar tətbiq edib.
Sanksiyalar Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlara görə tətbiq edilir. Sanksiyalara şirkətlərin aktivlərinin bloklanması və "Aeroflot"un Britaniyaya uçuşlarının qadağan edilməsi daxildir.
“Biz ABŞ ilə birlikdə VTB-nin aktivlərinin tam dondurulmasını tətbiq edirik. Daha geniş mənada, bu səlahiyyətlər bizə imkan verəcək ki, Rusiya banklarını Britaniya maliyyə sistemindən tamamilə kənarlaşdıraq, onları funt sterlinqdən və Böyük Britaniya vasitəsilə ödənişlərin klirinqindən təcrid edək. Və nəzərə alsaq ki, Rusiya ticarətinin yarısı dollar və funt sterlinq vasitəsilə həyata keçirilir, mən məmnuniyyətlə bildirirəm ki, Birləşmiş Ştatlar oxşar tədbirlər tətbiq edir”, - Conson parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Britaniya dərhal bankın bütün aktivlərini dondurur və ölkədəki bütün iri Rusiya banklarının aktivlərini bloklamağa çalışacaq. Həmçinin, London rusların Britaniyadakı hesablarında saxlaya biləcəyi məbləğə məhdudiyyətlər tətbiq edəcək.
Conson Britaniyanın Rusiya banklarının Britaniya maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq, rus şirkətlərinə Britaniya bazarında qazanc əldə etməyi, dollar və funt sterlinqlə ödənişləri qadağan etmək planlarını da açıqlayıb.
Bölməyə aid digər xəbərlər