Day, Month 00, Year
00: 00: 00 AM

UNESCO-nun Azərbaycana ögey münasibəti – VİDEO

Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə alt qurumu olan UNESCO nəhayət ki, missiyasının təkcə yemək adlarına sertifikat verməkdən ibarət olmadığını anlamalıdır.
Torpaqlarımızın işğal altından olduğu 30 il ərzində Azərbaycana və azərbaycanlılara aid olan minlərlə tarixi, dini, mədəniyyət ocaqlarımızın vəziyyəti ilə maraqlanmayan, başdansovdu bir fakt araşdırıcı missiya yaradaraq, yalnız onlara göstərilənlərlə qane olaraq vəziyyətin mahiyyətini aça bilməməsi və ya açmaq istəməməsini də unutmamışıq. 
44 günlük müharibə dövründə əməliyyatlar nəticəsində kilsənin bir divarının zədələnməsini xristian-müsəlman münaqişəsi müstəvisinə gətirməsi beynəlxalq hakim statusu rolu oynayan təşkilata nüfuz gətirmədi. 
30 il ərzində məscidlərimizdə heyvan saxlayan, abidələrimizi dağıdan, məhz həmin yerlərin sahibi olduğumuzu sübut edən tariximizi silmək cəhdləri UNESCO üçün utanc olmalıdır. 
İndi həmin ərazilər azaddır və UNESCO-ya faktları araşdırmaq, erməni vandallığının şahidi olmaq və nəhayət, ədalətli qərar qəbul etmək üçün fürsət yaranıb.
Daha ətraflı Baku TV-nin süjetində:
                     [video=]


Tarix: 13-02-2022, 22:35 Oxunub: 111


Bölməyə aid digər xəbərlər