22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi idxal və ixrac zamanı qida məhsullarının təhlükəsizliyini və yararlılığını təmin etmək üçün onların daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının ekspertizasını həyata keçirəcəklər.
Bu, Milli Məclisin plenar iclasına tövsiyə olunan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, tərəflər idxal olunan qida məhsullarının yoxlanılmasını ölkələrin milli qanunvericiliklərində nəzərdə tutulmuş qaydada risklərin qiymətləndirilməsinə əsaslanan qida nəzarət sisteminə uyğun olaraq aparılmasına razılıq verəcəklər.
Eyni zamanda tərəflər idxal edilən qida məhsullarının istehsal prosesi ilə yerində tanış olmaq və keyfiyyətə nəzarət sistemlərini araşdırmaq üçün yüksək riskli obyektlərə (patogen mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait hesab edilə bilən qida məhsullarının ilkin istehsalı və emalı ilə məşğul olan obyektlər) səfər etmək hüququna malik olacaqlar. Bu səfərləri ixrac edən tərəf əlaqələndirəcək.
İdxal redən tərəf lazım olduqda idxal olunmuş bütün yüklərin qanunvericiliyə uyğun olaraq yoxlanılması hüququnu özündə saxlayır. Bu sənədlərin yoxlanılmasını, fiziki müayinəni, nümunə götürməni, müvəqqəti saxlamanı və digər tədbirləri əhatə edir.
Tərəflər idxal zamanı uyğunsuzluq olduqda və milli qanunvericiliyin tələbləri yerinə yetirilmədiyi təqdirdə yüklərin qəbulundan imtina etmək hüququnu özündə saxlayacaq.
Qeyd edək ki, bu saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin bir-birinə göndərdikləri sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir. Bu saziş qeyri-müəyyən müddətə qüvvədə qalır. Tərəflərdən biri istənilən vaxt digər tərəfə bu sazişin ləğv edilməsi niyyəti barədə diplomatik kanallar vasitəsilə yazılı olaraq məlumat verə bilər. Ləğvetmə belə bildirişin alınmasından 6 ay sonra qüvvəyə minir.
Bölməyə aid digər xəbərlər