Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-ın, banklara dollarla əməliyyatları qadağan edəcəyi təqdirdə Rusiyanın planı var

Baxış: 322
Rəsmi Moskva ABŞ-ın Rusiya banklarına bəzi əməliyyatları dollarla həyata keçirməsinə qadağa qoyacağı təqdirdə nəticələri minimuma endirmək üçün planlar hazırlayıb.
Sahibkartv.az xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bu cür gözlənilməz hərəkətlərin nəticələrini minimuma endirmək üçün planlar var”, - Kremlin sözçüsü bildirib. Beləliklə, o, ABŞ-ın dollarla bəzi əməliyyatları bloklayacağı halda Moskvanın planlar hazırlayıb-hazırlamadığı barədə suala cavab verib.
“Bir daha təkrar edirəm: biz ABŞ-ı ardıcıl olaraq təxribat xarakterli hərəkətlərdən çəkinməyə və Avropa qitəsində gərginliyi artırmaqdan çəkinməyə çağırırıq”, - Peskov vurğulayıb.
Eyni zamanda o qeyd edib ki, “Kreml, əlbəttə ki, narahatdır, çünki ABŞ-ın sanksiya davranışı tamamilə gözlənilməzdir, ABŞ bununla bağlı beynəlxalq səviyyədə gözlənilməzliyini saxlayır”.
Yanvarın 29-da "Bloomberg" mənbələrə və məxfi sənədlərə istinadən xəbər verib ki, ABŞ və Avropa İttifaqı Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə tətbiq oluna biləcək anti-Rusiya sanksiyalarının işlənməsini yekunlaşdırmağa yaxındır. Agentliyin məlumatına görə, məhdudiyyətlər Rusiyanın iri banklarına bəzi banklararası əməliyyatların dollarla aparılmasına qadağa qoyulmasını nəzərdə tutur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.