21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya ilə görüşüb.
Sahibkartv.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Nazir Ceyhun Bayramov Azərbaycanım gömrük xidmətinin 30 illik fəaliyyəti müddətində göstərdiyi dəstəyə görə ÜGT-yə və təşkilatla səmərəli əməkdaşlığın təmin edilməsində oynadığı rola görə Baş katibə öz minnətdarlığını bildirib.
Nazir, Kunio Mikuriyanı 29 yanvar 2022-ci il tarixində ölkə başçısının müvafiq Sərəncamı ilə “Dostluq Ordeni” ilə təltif edilməsi münasibətilə təbrik edib.
Azərbaycanın Şərqlə Qərb arasında körpü və müxtəlif marşrutların qovşağında yerləşən ölkə qismində strateji mövqeyinə toxunan nazir, ölkəmizin tranzit imkanlarından danışıb. O, indiyədək regionda xüsusilə enerji və nəqliyyat sahəsində beynəlxalq əhəmiyyətli nəhəng layihələrin müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayaraq, hazırkı şəraitin yaratdığı geniş imkanlardan ÜGT-nin də dəstəyindən və təcrübəsindən istifadə etməklə faydalanmağın vacibliyini ifadə edib.
Nazir bölgədə münaqişə sonrası vəziyyətdən danışaraq, iki ölkə arasında münasibətlərin normallaşması üçün imkanların yarandığını və bu xüsusda Azərbaycan tərəfindən konkret addımların atıldığını qeyd edib. O, ölkəmizin regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasının təşəbbüskarı kimi çıxış etdiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Baş katib Kunio Mikuriya nazir Ceyhun Bayramova səmimi qəbula görə minnətdarlığını bildirib. O, Azərbaycanın xüsusilə gömrük sahəsində yaxşı bir model ölkə olduğunu və bu təcrübədən digər ölkələrin, xüsusilə Avrasiya bölgəsi və Mərkəzi Asiya ölkələrinin faydalanmasını daim tövsiyə etdiyini diqqətə çatdırıb. Baş karib Azərbaycanla Ermənistan arasında əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı etimad yaradan addımların atılmasının, beynəlxalq və regional səciyyəli birgə layihələrin icra edilməsinin vacibliyinə toxunub. O, ÜGT-nin bu prosesə dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov Baş katibin Azərbaycan gömrük xidmətinin 30 illiyinin qeyd edildiyi bir tarixdə ölkəmizə səfər etməsini yüksək qiymətləndirdiyini vurğulayaraq, qarşı tərəflə bundan sonra da əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə səylərini əsirgənməyəcəyini vurğulayıb.
Bölməyə aid digər xəbərlər