Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Elman Rüstəmov: "Azərbaycanla Türkiyə arasında svop haqqında danışıqlar aparılmır"

Baxış: 293
Azərbaycan və Türkiyə Mərkəzi Bankları valyuta svopu haqqında danışıqlar aparmır.
Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

"Bu məlumatı biz də görmüşük. Biz Türkiyə Mərkəzi Bankı ilə milli valyutada hesablaşma mexanizminin yaradılması ilə bağlı danışıqlar aparırıq, burada bəzi texniki problemləri aradan qaldırmağa çalışırıq", - baş bankir əlavə edib.
Xatırladaq ki, Türkiyə hökumətindəki mənbələrə görə, TMB yaxın həftələrdə Azərbaycanla 1 mlrd. avro dəyərində (1,14 mlrd. dollar) valyuta svopu müqaviləsini imzalayacaq. Analoji müqavilə artıq TMB ilə BƏƏ arasında imzalanıb (64 mlrd. lira və 18 mlrd. dirhəm). "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bildirmişdi ki, mümkün müqavilə siyasi motivli hesab edilir və AMB-nin beynəlxalq ehtiyatlarının əhəmiyyətli dərəcədə azaltmayacaq.
Valyuta svopu bir valyutanın digərinə nəzərən müxtəlif periodlar üzrə (adətən nağd və forvard) eyni vaxtda alınması və satılmasıdır. Bu növ svopda iki tərəf arasında müəyyən gün üçün valyuta mübadiləsi üzrə və gələcəkdə bir gün üçün əks mübadilə üzrə məzənnələr razılaşdırılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.