22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Rusiya Cənub və Qərb hərbi dairələrində yeni silsilə irimiqyaslı təlimlərə başlayır. Sahibkartv.az xəbərverir ki, bu təlimlər, ABŞ və Avropa İttifaqının Rusiyadan Ukrayna ilə sərhəddən 100 minlik qrupun geri çəkilməsini tələb etdiyi bir dövrə təsadüf edir. Qərb hesab edir ki, Rusiya Ukraynanı işğal edə bilər.
Çərşənbə axşamı Müdafiə Nazirliyi quru qoşunlarının, aviasiya və donanmanın manevrlərinə başlandığını, eyni zamanda strateji raket sistemlərinin döyüş patrul marşrutlarına daxil olacağını elan edib.
“İnterfaks” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 11 min kilometrə qədər məsafədə hədəfləri vura bilən “Yars” sistemləri də yürüş etməyə başlayıb.
Təlimlərə 100-dən çox texnika və 1000-ə yaxın hərbçi cəlb olunub.
Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginliyin artması adlandırıb. O vurğulayıb ki, Rusiya heç kimə təhlükə yaratmır. Eyni zamanda, Peskov bu cür bəyanatlar ilə təxribatların mümkünlüyünü də istisna etməyib və Ukraynanın cənub-şərqində böhranın güc yolu ilə həlli cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib. Çərşənbə axşamı Peskov vurğulayıb ki, Kreml ABŞ-ın Ukrayna ətrafında gərginliyi artırmaq üçün hərəkətlərini böyük narahatlıqla izləyir.
Bölməyə aid digər xəbərlər