13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
Dünyada geosiyasi və geoiqtisadi vəziyyət gərginləşdikcə, bəzi ölkələr tərəf axtarışına çıxdı, bəziləri də müstəqil siyasət yürütməkdə davam etdi. Təbii ki, qlobal məkanın bir hissəsi olan Cənubi Qafqaz regionu da diqqətdən kənarda deyil. Bölgədəki dövlətlərdən fərqli olaraq, Azərbaycan özünün çoxvektorlu xarici siyasətinə sadiqliyini nümayiş etdirir və dünya ölkələri ilə münasibətləri bərabərhüquqlu tərəfdaş kimi tənzimləyir. Azərbaycan, istər keçmiş sovet respublikaları, istər NATO ölkələri, istərsə də Qoşulmama Hərəkatına üzv dövlətlərlə əlaqələri sabit şəkildə qorumağı bacarıb. Məhz belə müstəqil xarici siyasətin nəticəsi olaraq Azərbaycan böyük etimad qazanıb və dünya dövlətləri ölkəmizlə əlaqələrin genişləndirilməsinə maraq göstərir. Təbii ki, etimad mühitinin olduğu yerdə isə müxtəlif sahələr üzrə perspektiv imkanlar yaranır.Yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri də iki ölkə arasında yeni imkanların qiymətləndirilməsi baxımından mühüm önəm kəsb edir. Azərbaycan-Ukrayna əlaqələrinin daha da inkişaf etdirilməsi üçün belə bir səfərin reallaşması diqqətdən kənarda qalmadı. Azərbaycanın yaratdığı yeni reallıqlar və onun getdikcə böyüyən iqtisadiyyatı, idxal-ixrac imkanları ilə yanaşı, həm də dünyada baş verən qlobal çağırışlar iki ölkə arasında əlaqələrin genişləndirilməsini şərtləndirir. O cümlədən Prezident İlham Əliyev hər zaman Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşıb. Çünki 30 ilə yaxın bir müddətdə Azərbaycan ərazilərinin bir hissəsi Ermənistanın işğalı altında olub. Lakin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz torpaqlarını işğaldan azad edərək bölgədə yeni reallıq yaratmış oldu. Eləcə də, bu gün Ukrayna separatizmlə üz-üzə qalıb və Azərbaycan haqlı olaraq bu ölkənin ərazi bütövlüyünü dəstəkləyir. Bu məsələdə digər dövlətlərdən fərqli olaraq Azərbaycan heç vaxt tərəf kimi çıxış etməyib, sadəcə haqqın, ədalətin carçısı olub.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 14-də Ukraynaya işgüzar səfəri iki ölkə arasındakı münasibətlərə ciddi təsir göstərəcək: "Çünki Azərbaycan - Ukrayna münasibətləri daim dinamik inkişaf edib və iki ölkə arasında ən müxtəlif istiqamətlərdə əməkdaşlıq mövcuddur. Nəzərə almaq lazımdır ki, liderlər səviyyəsində isti münasibətlərin olması dövlətlərarası münasibətlərin xarakterinə təsir göstərir. Azərbaycan və Ukrayna prezidentləri davamlı olaraq qarşılıqlı səfərlər həyata keçirib. İki ölkə arasındakı münasibətlər strateji xarakter daşıyır. Belə ki, 2008-ci ildə Azərbaycanla Ukrayna arasında əməkdaşlıq və strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb”.
Siyasi elmlər doktoru vurğuladı ki, Azərbaycanın xarici siyasətinin başlıca prinsipindən biri ondan ibarətdir ki, dünya dövlətləri ilə xoş münasibətlər qursun: "Eləcə də, müxtəlif istiqamətlərdə sıx əməkdaşlıq etsin. Təcavüzkar Ermənistan istisna olmaqla, Azərbaycan, demək olar ki, dünyanın bütün ölkələri ilə konstruktiv əməkdaşlıq münasibətləri qurmağı bacarıb. Azərbaycanla əməkdaşlığı, o cümlədən siyasi, diplomatik münasibətləri inkişaf etdirmək istəyən dövlətlərin arealı hər gün genişlənməkdədir. Ölkəmizin xarici siyasətdə dəstəklədiyi vacib xətt həm də ondan ibarətdir ki, heç vaxt heç bir halda hansısa dövlətə qarşı qurulan koalisiyaya qoşulmur. Azərbaycan xarici siyasətində tam müstəqilliyini dəfələrlə nümayiş etdirib. Milli maraqlarımıza uyğun olan bütün addımlar dövlət başçımız tərəfindən hər zaman atılıb və bu gün də atılır. Azərbaycanın hər hansı bir ölkə ilə xoş münasibətləri digərlərində qıcıq doğurmur. Çünki Azərbaycana, Prezident cənab İlham Əliyevə çox böyük etimad mövcuddur. Azərbaycan dövləti və Prezidenti haqqında oturuşmuş qəti fikir ondan ibarətdir ki, hər hansı bir ölkə ilə müxtəlif xarakterli konstruktiv münasibətlər heç bir halda digər bir ölkəyə qarşı yönəlməyib”.
E.Mirbəşir qeyd etdi ki, Azərbaycan beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində öz milli maraqlarına söykənərək addımlar atmaqdadır: "O cümlədən, Azərbaycan hər zaman tərəfdaş olduğu ölkələrin maraqlarının da qorunması üçün şərait yaratmağa hazır olduğunu nümayiş etdirir. Bu baxımdan düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri iki ölkə arasında münasibətlərin inkişafına yeni dinamiklik qatacaq”.
Bölməyə aid digər xəbərlər