Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlham Əliyevin bu sözləri Ermənistanı ÇALXALADI - Düşmən ölkə TƏŞVİŞ İÇİNDƏ

Baxış: 230
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziyalara verdiyi müsahibə Ermənistan kütləvi informasiya vasitələrində geniş şərh edilməkdədir.
Sahibkartv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Ermənistandan gələn hər hansı təhlükəni məhv edəcəyimizlə bağlı fikrini nəşrlərin əksəriyyətində manşetə çıxaran Ermənistan mətbuatı bunu “ölkəyə növbəti təhlükə” kimi şərh edib.
Prezident İlham Əliyevin Ermənistanın hərbi quruculuğu necə aparmağa çalışdığını diqqətlə izləməyimiz, Ermənistanın harasında olmasından asılı olmayaraq, Azərbaycan üçün təhdid kimi qiymətləndirəcək istənilən təhlükəni aradan qaldırmağa hazır olmaqla bağlı fikirlərini təhlil edənlər qənaətlərini bu cür yekunlaşdırırlar: “Azərbaycan Silahlı Qüvvələrinin inkişaf tempi dayanmır”.
Nəşrləri, həmçinin Prezident İlham Əliyevin yanvarın 11-də Ermənistan-Azərbaycan sərhədində baş verən döyüşlər zamanı 8-ə qədər erməni hərbçinin həlak olduğunu qeyd etməsinə də xüsusi diqqət çəkiblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.