Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Lukaşenko Özbəkistanı dərs çıxarmağa dəvət etdi

Baxış: 231
Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin Qazaxıstandakı vəziyyətlə bağlı videokonfrans formatında keçirilən növbədənkənar sessiyasında Özbəkistan hökumətinə səslənib.
“Baş verən hadisələrdən hər kəsdən öncə Özbəkistan nəticə çıxarmalıdır. Əgər onlar bunu etməsə, bizdə olan məlumatlara görə, onların (Qazaxıstandakı kütləvi etiraz aksiyalarının təşkilatçılarını nəzərdə tutur - red.)  baxışları Özbəkistana yönəlib” - deyə Aleksandr Lukaşenko vurğulayıb.
A.Lukaşenko söyləyib ki, Qazaxıstan və ümumilikdə Mərkəzi Asiyanın postsovet respublikaları ətrafında vəziyyəti gərginləşdirmək istəyən çox sayda qüvvə cəmləşib.
“Qazaxıstanla sərhəddə çoxlu sayda beynəlxalq terrorçu toplanıb. Postsovet respublikalarında bu mənfi tendensiyaları aradan qaldırmaq üçün, indiki halda Qazaxıstanda olan problemi yalnız Qazaxıstan çərçivəsində həll etmək kifayət etmir. Gördüyümüz kimi, ən yaxın xalqlar - qazaxlar və qırğızlar postsovet dövründən miras qalmış və yaradılmış çətin problemləri birlikdə həll etməyə çalışmalıdırlar”  - deyə 67 yaşlı siyasətçi vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.