Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qazaxıstan prezidenti: “Doqquz regionun mərkəzi etirazçıların əlinə keçmişdi”

Baxış: 227
Bu dəqiqələrdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videokonfrans formatında iclası keçirilir.
İclasda çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, yanvarın 2-dən başlayan etirazlar zamanla kritik səviyyəyə yüksəlib.
“Almatı və doqquz regionun mərkəzi etirazçıların əlində olub”, - deyə ölkəsində baş verən hadisələri şərh edən Qazaxıstan prezidenti qeyd edib.
O, hazırda ölkəsində baş verənləri Qazaxıstanın müstəqillik tarixində ən genişmiqyaslı, ən ağır böhran adlandırıb.
“Bu ilin əvvəlindən bəri bütün hadisələr bir zəncirin halqalarıdır, onlar hazırlanması uzun müddət davam edən vahid dağıdıcı plana tabedirlər. Bütün fəaliyyətlər eyni mərkəzdən idarə olunub. Binalara sinxron hücumlar bundan xəbər verir”, - deyə Tokayev bildirib.
Qazaxıstan prezidenti ölkədə baş verənlərin dövlət çevrilişinə cəhd olduğunu açıqlayıb.
Mənbə: Sputnik Qazaxıstan

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.