Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İranın XİN başçısının Azərbaycana səfəri başlayıb - YENİLƏNİB

Baxış: 1 523

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanda səfərdədir.
İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, nazirin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
O, birgünlük səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək. 
Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və aktual regional məsələlər müzakirə olunacaq.
09:10
Bu gün İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana gəlir. 
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı ilə birgə mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransı saat 19:00-dan sonra Azərbaycan XİN-də keçiriləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.