Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Vitse-prezidentlərə ömürlük diplomatik pasport veriləcək

Baxış: 386

Milli Məclisin bu gün keçirilən iclasında “Pasportlar haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Sahibkartv.az-ın məlumatına əsasən, dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir.
Belə ki, dəyişiklik nəticəsində Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.
Digər bir dəyişikliklə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.