Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ceyhun Bayramov: “Üçtərəfli bəyanatların tam şəkildə icra edilməsi vacibdir” - FOTO

Baxış: 225

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Nazirlər Şurasının Stokholmda təşkil olunan 28-ci iclasında iştirakı çərçivəsində GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşündə iştirak edib.
Nazirlikdən verilən məlumata görə, C.Bayramov bildirib ki, Azərbaycan və Ermənistan arasında münaqişəyə son qoyulması ilə Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb:
“Hazırkı mərhələdə imzalanmış üçtərəfli bəyanatların tam şəkildə icra edilməsi vacibdir. İnanırıq ki, sözügedən bəyanatlara uyğun olaraq nəqliyyat vasitələrinin bərpa edilməsi regionda dayanıqlı sülh və sabitliyin təmin edilməsində müsbət rol oynayacaq və bizim bütün tərəfdaşlarımızın xeyrinə bölgədə ticarət və nəqliyyatı əhəmiyyətli şəkildə artıracaq.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidən qurma işləri həyata keçirilir. Bu işlər nəticəsində azərbaycanlı məcburi köçkünlər öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönəcəklər”.
GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşünün yekununda birgə protokol imzalanıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.