Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident: “Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasında çox mühüm rol oynayır”

Baxış: 223

“Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır”.
Bu fikri Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalının “Kreml. Putin. Moskva” verilişində yayımlanan müsahibəsində səsləndirib.
Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasında Rusiyanın rolunu, Soçi görüşünün nəticələrini dəyərləndirən dövlətimizin başçısı deyib: 
“Görüşün yekunlarına əsasən qəbul etdiyimiz, nəqliyyat şəbəkələrinin açılması, delimitasiya üzrə komissiyanın işə hazırlaşması üçün atılan addımlar barədə Birgə Bəyanat buna dəlalət edir. Azərbaycan bütün bu məsələləri dəfələrlə irəli sürüb və Rusiya bunu həmişə dəstəkləyib. Buna görə, bugünkü görüş də çox böyük əhəmiyyət kəsb edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.