18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidmət aparan Rusiya sülhməramlılarının fəaliyyəti hər ötən gün yeni qalmaqallarla qarşımıza çıxır.
Görünür, xidmətdə olduqları bir ildən artıq müddətdə dəfələrlə qalmaqalların mərkəzinə düşən sülhməramlılar baş verənlərdən nəticə çıxarmaq iqtidarında deyil.
Erməni təxribatları baş verəndə yoxa çıxan, ehtiyac olanda isə tapılmayan, ancaq elə gəldikləri ilk günlərdə ermənilərin sağlığına badə qaldıran sülhməramlıların bir yaxşı tərəfi varsa, o da yəqin ki, humanist olmalarıdır. Ancaq humanizmin də bir çərçivəsi, bir sərhədi var. Humanizm adı altında ermənilərin əlaltısı, xidmətçisinə çevrilmək heç bir halda qəbuledilən deyil.
Ancaq Rusiya sülhməramlıları bu qısa müddətdə bizə göstərdilər ki, onlar bir çox qəbuledilməz anlayışları, rüsvayçı addımları, damğaları sırf ermənilərin “xətrinə” öz üzərilərinə götürə bilərlər. Bunlardan ən pisi isə artıq dəfələrlə müşahidə etdiyimiz “kuryer” damğasıdır.
Sülhməramlılar öz missiyasının icrasında sinifdə qalsalar da, insafən kuryer fəaliyyətində yüksək peşəkarlıq göstərdiklərini vurğulayaq. Elə növbəti qalmaqal da sülhməramlıların kuryer fəaliyyəti ilə bağlıdır.
Qarabağda qışın sərt keçdiyi, kəskin şaxtaların olduğu hər kəsə bəllidir. Ancaq öz fəaliyyətlərini təkmilləşdirmək, missiyalarının icrasını qaydaya salmaq, səhvlərini düzəltməklə bağlı bircə addımı belə düşünə bilməyən sülhməramlılar, ermənilərin bu soyuqdan qorunması üçün gecələrini gündüzlərinə qatıblar.
Bir qədər əvvəl ermənilərin üşüyən ayaqlarına ayaqqabı geyindirən sülhməramlılar, indi də onların üzərini örtəcək yorğanları ermənilərə daşıyırlar. Qəlblərindəki sevgi və humanizmlə erməniləri isidə bilməyəcəklərini anlayan sülhməramlılar bu yolla onları qışın şaxtasından qorumağa çalışacaqlar.
Hətta 200 yorğanı ermənilərə təhvil verən sülhməramlılar bu zaman növbəti sürprizi də açıqlayıb, növbəti dəfə istilik cihazları gətirəcəklərinə söz veriblər. Qısacası, sülhməramlılar ermənilər üşüməsin deyə nümunəvi “xidmət” edəcəklərini bəyan ediblər.
Ancaq sülhməramlılar ehtiyatlı olsa yaxşıdır. Çünki ermənilərlə “yaxın” olmuş hər kəs bilir ki, onlara əlini verən, qolunu güclə xilas edir. Odur ki, apardıqları yorğan, aparacaqları istilik cihazları erməniləri qane etməsə, hətta sülhməramlıların paltarlarına da göz dikə bilərlər. Əgər elə olsa, qış ermənilər üçün rahat keçəcək, ancaq sülhməramlılar paltarsız Qarabağın kəskin şaxtalarında necə olar, onu bir Allah bilir!
Sülhməramlıların tək qəbahətləri bu olsa yaxşı idi, ancaq bununla bitmir təəssüf ki... Onlar hətta harada xidmət apardıqlarını da bilmirlər. Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında sülhməramlıların çatdırılma etdiyi ünvan kimi “Stepanakert” göstərilir. Stepanın özü çoxdan cəhənnəmə vasil olsa və Azərbaycanın torpağında ona dair heç nə olmasa da, onun adını yaşatmaq ermənilərə yaraşandır, bunu bilirik. Ancaq Rusiya sülhməramlıları Azərbaycanın torpağında xidmət aparıb, o şəhərin adının Xankəndi olduğunu bilmirlərmi?
Yaxşı, əgər tarixdən xəbərləri yoxdursa, heç olmasa savadsızlığı düzgün bacarsınlar. Əgər Rusiya sülhməramlıları “Stepanakert”in Xankəndi olduğunu bilmirlərsə, ermənilərin qoyduğu uydurma adı bilirlərsə, necə olur ki, Laçın sözünü, Xocalı sözünü öyrəniblər? Heç olmasa bu adlarda səhv etmədikləri üçün onlara qətiyyən təşəkkür etmək fikrində deyilik, ancaq Xankəndiyə görə də bağışlaya bilmərik.
Başqa bir məqam da sülhməramlıların minatəmizləmə işləridir. Düzdür, mina təmizlənməsi prosesi müsbət məqamdır əslində, ancaq burada da “ammalar” çoxdur...
Məsələn sülhməramlılar nəyə görə burada da ermənilərin əvəzinə xidmət edirlər? Çünki Qarabağdakı minaları basdıranların kim olduğu bəllidir. Ermənilər öz dövlətlərinin terror siyasətinə uyğun olaraq Qarabağı minalayıblar. O minaların harada basdırıldığını da yaxşı bilirlər. Belə olan halda nəyə görə onlar özləri bu işlərə cəlb olunmur? Axı sülhməramlıların işi sülhü qorumaqdır, bəs onda nəyə görə ermənilərin qulağından tutub, bütün minaları bir-bir təmizlətdirmək əvəzinə özləri əlaltı kimi bu işlərə yönəlirlər? Rusiya sülhməramlıları ermənilərin qarşısında bu qədərmi acizdir?
Sülhməramlıların baş rol oynadığı qalmaqal nə qədər çoxdursa, suallar da o qədər çoxalır.
Hələlik isə sülhməramlılara sadə xatırlatma edək:
- sizin missiyanız sülh və təhlükəsizliyi qorumaqdır;
- siz kuryer, yorğandaşıyan, ayaqqabıgeyindirən deyilsiniz;
- “humanitar yardım” apardığınız şəhər Xankəndidir;
- Ermənilərin basdırdığı və yerini çox gözəl bildiyi minaları təmizləmək yox, təmizlətdirmək gərəkdir.
Sülhməramlıların bu qalmaqaldan dərs çıxaracağına ümid azdır, ancaq yenə də cəhd edək, onlara bir ev tapşırığı verək ki, yuxarıda yazılanları əzbərləsinlər. Bəlkə aralarında kimsə harada və nə üçün olduqlarını xatırlayar. Onda həm öz işlərini görərlər, həm də ermənilərin əlaltı damğasından xilas olarlar...
Bölməyə aid digər xəbərlər