Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Baş nazirin müavini bahalaşmanın səbəblərindən danışdı - VİDEO

Baxış: 365

“Azərbaycan dünyaya inteqrasiya edən ölkədir. Bununla əlaqəli olaraq dünya bazarında baş verən proseslər təbii olaraq Azərbaycan bazarına da öz təsirini göstərir”.
Bu sözləri Sahibkartv.az-a açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib.
O, bildirib ki, Azərbaycana gətirilən bəzi məhsullar valyutayla alındığı üçün dünya bazarındakı proseslər də ölkəyə təsirsiz ötüşmür:
“Burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycan hökuməti qiymət artımları nəticəsində insanların rifahında baş verə biləcək geriləmələrin qarşısının alınması üçün müvafiq tədbirlər görüb. Bundan sonra da görüləcəkdi. İnsanlarımızın çəkə biləcəyi əziyyətlər dövlətin həyata keçirdiyi sosial layihələr vasitəsiylə kompensasiya olunacaqdı”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.