Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan İranla sərhəddə yeni gömrük məntəqəsi tikmək niyyətindədir

Baxış: 332

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkından İrana əlavə avtomobil yolunun, körpünün tikintisi və yeni gömrük məntəqəsinin qurulması planlaşdırılır.
Bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Elşad Nuriyev deyib.
Onun sözlərinə görə, "Araz Vadisi İqtisadiyyat Zonası" xüsusi əhəmiyyət kəsb edir. Belə ki, sözügedən iqtisadi zona yol kəsişmələrinin ortasında yerləşir.
Elşad Nuriyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasından sonra "Araz Vadisi İqtisadiyyat Zonası"nın əhəmiyyət bir qədər də artacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.