Day, Month 00, Year
00: 00: 00 AM
Əlilliyi olan şəxslərin reabilitasiyası məsələsi ÜST nümayəndələri ilə müzakirə olunub - FOTO


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri Satiş Mişra ilə görüş olub.
Nazirlikdən verilən məlumata görə, görüşdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Avropa Regional Ofisin Reabilitasiya və Əlillik üzrə Regional texniki əməkdaşı Cathal Morgan da iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində aparılan işləri diqqətə çatdırıb.
Bildirib ki, Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində bu kateqoriyadan olan şəxslərin reabilitasiya imkanlarının artırılması üçün ardıcıl işlər aparılır. Son iki ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz olunaraq istifadəyə verilib. Reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi üçün bölgələrdə daha iki mərkəzin də açılmasına hazırlıq işləri aparılır.
Nazir müavini dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısına ötən il daha 23 yeni növün də daxil edildiyini, siyahıdakı reabilitasiya vasitələrinin sayının 57-yə çatdırıldığını bildirib. Ötən ilin dekabrından ölkəmizdə yüksək texnologiyalı protezlərlə, bu ilin ilk aylarından mühərrikli təkərli oturacaqla da təminata başlandığını qeyd edib.
H.Abdullayev bildirib ki, ÜST ilə əməkdaşlıq köməkçi texnologiyalar (reabilitasiya vasitələri) ilə təminatın həmin vasitələrə ehtiyac duyan digər kateqoriyalar üzrə əhatəsinin genişləndirilməsi üçün tələbat və təkliflər üzrə məlumatlar bazasının formalaşdırılması, qiymətləndirmələrin aparılması işlərini də əhatə edir.
Qeyd edilib ki, ümumilikdə köməkçi texnologiyalarla təminat sisteminin inkişaf etdirilməsində ÜST ilə fəal əməkdaşlıq təcrübəsi yaranıb. Ötən ay ÜST-ün Avropa Regional Bürosunun köməkçi texnologiyalar üzrə onlayn formatda təşkil etdiyi, 53 ölkənin qatıldığı Regional Məşvərət İclasında köməkçi texnologiyalar üzrə milli sistemlərə dair məruzəsi gündəliyə salınmış 4 ölkədən biri Azərbaycan olub. 53 ölkə arasında Böyük Britaniya, Norveç, Hollandiya və Azərbaycan iclasın gündəliyində yer alıb.
Bu da təbii ki, qeyd edilən sahədə ölkəmizin ÜST ilə səmərəli əməkdaşlığına həmin Təşkilat tərəfindən yüksək dəyər verildiyini göstərir.
S.Mişra köməkçi texnologiyalar üzrə milli sistemlərin inkişafı sahəsində aparılan işlərin, Nazirliyin bu sahədə mütərəqqi yanaşmalarının, ÜST-lə birgə məqsədyönlü fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.
Görüşdə köməkçi texnologiyalar-reabilitasiya vasitələri sisteminin inkişafı məsələləri, bu sistemə olan tələbat və təkliflər haqqında məlumatlar bazasının formalaşması üçün cari ilin ötən dövründə aparılan tədqiqat işləri müzakirə olunub.



Tarix: 10-11-2021, 16:12 Oxunub: 139


Bölməyə aid digər xəbərlər