Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda Atatürkün anım günü qeyd edilib - FOTO

Baxış: 294

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vəfatının 83-cü ildönümündə Bakıda keçirilən mərasimdə anılıb.
Atatürk abidəsi önündə keçirilən mərasimdə Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları, Türkiyə qurumlarının nümayəndələri və Türkiyə təhsil ocaqlarının tələbələri iştirak ediblər.
Səfirliyin binasında Türkiyə bayrağı yarıya qədər endirilib. Türkiyə səfiri abidənin önünə əklil qoyub.
Mərasimdən sonra səfirlikdə tədbir keçirilib. Tədbirdə Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının İstanbuldan olan deputatı Şamil Ayrımın sədrliyi ilə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri də iştirak edib.
Tədbirdə Atatürkün həyatından bəhs edən filmlər nümayiş etdirilib, tələbələri şeirlər söyləyib, kompozisiyalar səsləndirilib.






Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.