Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ceyhun Bayramov QDİƏT-in baş katibi ilə görüşdü - FOTO

Baxış: 435

Xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komaneskunu qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı Forumunda iştirakla bağlı ölkəmizdə səfərdə olan baş katibi səmimiyyətlə salamlayıb və ona regional təşkilatın rəhbərliyini həyata keçirilməsi kimi məsul vəzifədə uğurlar arzulayıb.
O, Azərbaycanın QDİƏT ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. Nazir həmçinin QDİƏT baş katibinə 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət, postmünaqişə mərhələsində yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərin bərpa və quruculuğu işləri barədə məlumat verib.
Baş katib Lazar Komanesku Qlobal Bakı Forumunda iştirakla bağlı dəvət üçün təşəkkürünü bildirib. O, forumun qlobal gündəlikdə duran məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platforma olduğunu vurğulayıb. Azərbaycanın QDİƏT-in fəaliyyətinə önəmli töhfə verdiyini səsləndirib.
Görüş zamanı tərəflər, eyni zamanda, gələn il 30 illiyini qeyd edəcək QDİƏT-in beynəlxalq müstəvidə nüfuzunun daha da artırılması yolları ətrafında fikir mübadiləsi aparıblar.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.