Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Roma Papası Qlobal Bakı Forumuna müraciət etdi

Baxış: 270

Roma Papası Fransisk VIII Qlobal Bakı Forumuna müraciət edib.
APA-nın məlumatına görə, müraciəti forumun açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin oxuyub.
Roma Papası Forumun keçirilməsinin həm də Nizami Gəncəvinin 880 illiyi ilə eyni vaxta düşdüyünü bildirib:
“Nizami Gəncəvi yaradıcılığına hörmət əlaməti olaraq 2021-ci il Azərbaycanda “Nizami ili” elan olunub.
Nizaminin ədəbi irsi regional birlik üçün bir elementdir. İnanıram ki, bu forum konkret və səmərəli təkliflər təqdim edəcək ki, bu da beynəlxalq cəmiyyət üçün də önəmlidir. Həmçinin bu ortaq marağın tapılması beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dialoqa və qarşılıqlı hörmətlə bağlı öhdəliklərin gücləndirilməsinə təkan verəcək”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.