Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezidentlərə Füzuli aeroportunun rəmzi açarları təqdim edildi - VİDEO

Baxış: 298

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlib. Ərdoğanı səfər çərçivəsində ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşayiət edir.
Azərbaycana birgünlük işgüzar səfər edən Ərdoğan Vətən müharibəsi nəticəsində işğaldan azad edilən ərazidə tikilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib.
Bu barədə “Haber Global” kadrlar təqdim edib.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.
Həmin görüntüləri təqdim edirik:


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.