Day, Month 00, Year
00: 00: 00 AM
Qubadlının Baş planı hazırlanacaq - SƏRƏNCAM


Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
Bununla bağlı Sahibkartv.az məlumat yayıb. 
Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500 min manat ayrılıb.


Tarix: 25-10-2021, 16:00 Oxunub: 110


Bölməyə aid digər xəbərlər