11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
20:00 / 17-01-2025
19:41 / 17-01-2025
19:30 / 17-01-2025
19:19 / 17-01-2025
19:00 / 17-01-2025
18:52 / 17-01-2025
18:23 / 17-01-2025
18:00 / 17-01-2025
17:39 / 17-01-2025
17:16 / 17-01-2025
17:00 / 17-01-2025
16:38 / 17-01-2025
16:00 / 17-01-2025
15:45 / 17-01-2025
15:30 / 17-01-2025
15:00 / 17-01-2025
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələri ilə bağlı aşıqlama yayıb.
AAYDA-dan verilən məlumata görə, qeyd olunan ərazilərdə yerinə yetirilən işlər 01.10.2021-ci il tarixinədək zamanı əhatə edir.
“Zəfər yolu”
Texniki göstəriciləri: 101.5 km, II texniki dərəcəli, 2 hərəkət zolaqlı. Görülmüş işlər: torpaq işləri 100%, yol geyimi 100%, boru və keçidlərin tikintisi işləri 100%, körpülərin tikintisi 100%, beton küvet, qanov və drenaj işləri 90%.
Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu
Texniki göstəriciləri: 81.6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: 0-17, 32-36, 40-42, 51- 52, 58-63, 70-71-ci km hissələrdə torpaq yatağının tikintisi, 37 və 50-ci km-də körpülərin, 80 və 81-ci km-də tunellərin və alt keçidlərin tikintisi aparılır.
Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu
Texniki göstəriciləri: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 km.
Görülmüş işlər: 7 km Toğanalı kənd yolunda asfalt-beton örtük tikilib, 48 km mövcud yol genişləndirilib və hərəkətə yararlı vəziyyətə gətirilib, 14 km hissəsinə asfalt-beton örtük döşənib, Murovdağ tunelində qazma işləri davam etdirilir.
Kəlbəcər - Laçın avtomobil yolu
Texniki göstəriciləri: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km.
Görülmüş işlər: yolun torpaq yatağının tikintisi işlərinə başlanılıb.
Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolu
Texniki göstəriciləri: 123.8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
Görülmüş işlər: 0-23, 50-66-cı km hissələrində torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 15%, boru və keçidlərin tikintisi 10%, körpülərin tikintisi 8% icra olunub.
Xudafərin – Qubadlı - Laçın avtomobil yolu
Texniki göstəriciləri: 83 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: Qubadlı - Laçın istiqamətində 0-37 km, Xanlıq istiqamətində 0-1 və 5-14 km hissədə torpaq yatağı tikilmiş, 1 və 22-ci km-də körpü tikintisi işləri aparılır, topoqrafik işlər davam etdirilir. Torpaq işləri 34%, yol geyimi - 4%, boru və keçidlərin tikintisi 35%, körpülərin tikintisi 27 % icra olunub.
Şükürbəyli - Cəbrayıl - Hadrut avtomobil
Texniki göstəriciləri: 43 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: torpaq işləri 48.2%, yol geyimi 3.6%, boru və keçidlərin tikintisi 40%, körpülərin tikintisi 4.8% icra olunub.
Füzuli - Hadrut avtomobil yolu
Texniki göstəriciləri: 13 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. 0-3.5 km hissədə torpaq işləri və yol yatağının tikintisi başa çatıb
Bərdə – Ağdam avtomobil yolu
Texniki göstəriciləri: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: torpaq işləri 39.1%, yol geyimi 4%, boru və keçidlərin tikintisi işləri 20%, körpülərin tikintisi 76%.
Ağdam – Füzuli avtomobil yolu
Texniki göstəriciləri: 70 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: Layihələndirmə işləri aparılır.
Talış – Tapqaraqoyunlu – Qaşaltı – Naftalan avtomobil yolu
Texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
Görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. 0-6 km hissədə torpaq yatağı, su ötürücü borular və yolun əsası tikilib, 0-1.8 km hissəsində asfalt-beton örtük salınıb.
Bölməyə aid digər xəbərlər