Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının şərtini AÇIQLADI

Baxış: 333

“Azərbaycan üçün prioritet məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və həmin yerlərdən olan vətəndaşlarımızın ata-baba yurdlarına qaytarılmasıdır. Azərbaycan bu sahədə sistemli addımlar atır”.
“Report”un xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır:
“Bunun üçün Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatların icrası tələb olunur. Azərbaycan öz öhdəliklərinə əməl edir və edəcək”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.