Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 Oktyabr Müstəqilliyin Bərpasının 30-cu ildönümü münasibətilə təbrik edib.Dövlət başçısı bu barədə özünün "Twtter" səhifəsində yazıb.
"Aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimiz can Azərbaycanı 18 Oktyabr Müstəqilliyinin Bərpası Gününü səmimi qəlbdən təbrik edirəm", - deyə Türkiyə lideri qeyd edib.
Türkiyənin dövlət başçısı paylaşımına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə fotosunu da əlavə edib.





































