Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident: “Hadrutun azad olunması gələcək planlarımız üçün yeni imkanlar açdı”

Baxış: 289
Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olaq.
Bu fikirləri Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən söyləyib.
Hadrutun strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətini vurğulayan dövlətimizin başçısı deyib: “Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı”.
Prezident qeyd edib ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmasına və bəzi yaşayış məntəqələrindən onların tələm-tələsik qaçaraq çıxmasına baxmayaraq, Hadrutda dirəniş, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etdi. Lakin Azərbaycan əsgəri, zabiti qarşısında öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.