Azərbaycan, Türkiyə və Gürcüstan arasında gömrük məsələləri üzrə üçtərəfli komitənin yaradılması haqqında Protokolu həmkarlarımla birgə imzaladıq. Sahibkartv.az xəbər verir ki, bunu Tvitter səhifəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
"Əminəm ki, Komitə üç ölkə arasında gömrük işi sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə öz töhfəsini verəcək",- sədr əlavə edib.





































