14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
İran mətbuatının və sosial şəbəkələrinin təhlilinə əsasən deyə bilərik ki, Tehranda Bakı ilə bağlı yaranan gərginlik və onun həllinə dair fikirlər haçalanır.
Birinci məqam: İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha çox təhdid ritorikasına köklənib. İran ali lideri Əli Xameneinin müavini Rəsul Sənayirad və Xameneinin SEPAH-dakı nümayəndəsi Hüseyn Əliyi təhdidlərinin mərkəzinə Azərbaycanın müttəfiqlərini gətirirlər;
İkinci məqam: İranda radikal ideoloji baza ilə silahlanmış hərbi-siyasi komandanlıqdan fərqli olaraq, Azərbaycanla münasibətlərin normallaşmasının vacibliyini qeyd edirlər.
İrandan təhdidlər çoxaldıqca isə Bakı böyük strateji təmkin və səbir nümayiş etdirir, Tehrana qarşı hədələyici tonda danışmır.
İranın təhdidləri özünü sonu uçurum olan axına salır, bunun bir neçə təzahürünü qeyd edək:
1. Ermənistandan çox Ermənistanı sevən İrana ən böyük zərbələrdən biri elə İrəvandan gəldi. İran Azərbaycanın hərbi təyinatlı yüklərinin öz hava məkanı üzərindən Naxçıvana aparılmasına qadağa qoyduqdan sonra, Ermənistan öz hava məkanını Azərbaycana açdı. Sözsüz ki, Ermənistan üzərindən Naxçıvana da yüklər daşına biləcək;
2. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Moskva səfəri fiasko ilə nəticələndi, Rusiya XİN rəhbəri Sergey Lavrov onun qarşısına tutarlı aqrumentlər qoydu;
3. Proseslərin rəngi tündləşdikcə, Gürcüstan öz ərazilərinə İran yük maşınlarının girişinə qadağa qoydu;
4. Türkiyə də İranla sərhədlərini bağlayıb, bununla da iki ölkə ərazisində ticarət dövriyyəsi dayandırılıb.
İran rəhbərliyindəki radikal qüvvələr isə elə dərk edir ki, hər şey hərb yolu ilə həll olunur, hərçənd ki, Azərbaycanın özündə də ən müasir silahlar ordu arsenalındadır.
Xameneinin nümayəndəsi Hüseyn Əliyi isə bölgədəki geosiyasi reallığı və iqtisadi şərtləri anlaya bilmir, bu, azmış kimi, Azərbaycanla yanaşı Türkiyəni də təhdidinin mərkəzinə gətirir.
Cənab Əliyi hesab edir ki, düşmən (Azərbaycan və Türkiyəni nəzərdə tutur) İranın raket və artilleriya gücünü bildiyi üçün hücum etməkdən çəkinir.
Hüseyn Əliyi özünü yeniyetmə əsgər kimi aparır, başa düşmür ki, Azərbaycanın və Türkiyənin İrana hücum etmək niyyəti yoxdur.
Digər tərəfdən, İkinci Qarabağ müharibəsindən sonra dünya hərb dairələri Azərbaycanın müharibə əməliyyatlarını analiz edir, Türkiyə hərbi sənayesinə güclü maraq göstərir. Heç olmasa, bəyanat səsləndirəndə, ona bir balaca məntiq qatmaq lazımdır ki, gülünc duruma düşməyəsən.
İrandan hədələrin tüğyan etdiyi bir zamanda Türkiyə öz sərhədlərini tam olaraq İran TIR-larının üzünə bağlayıb.
Ankaraya minnətçi düşən isə İranın özü oldu. Necə də olmasın?
Axı sanksiyalar girdabında boğulan İrana ticarət qapılarını bağlamaq Tehran ətrafında həlqələri son nöqtəyə yaxın spektrdə daraldır.
Əliyi qeyd edir ki, Zəngəzur dəhlizi açılacağı təqdirdə, İran bundan ancaq iqtisadi ziyan görəcək və qarşılığında ağır, sarsıdıcı cavab verəcək.
Halbuki İranın XİN başçısı Sergey Lavrovla görüşdə yeni regional əməkdaşlıq platformasını (3+3) müzakirə etmişdi, Moskvanın bu layihəni dəstəkləməsini nəzərə alsaq, İranın da bura qoşulmasını tələb kimi danışıqlar masasına qoyduğunu deyə bilərik.
Bu arada, İranın postmüharibə dövrünün əməkdaşlıq platformasını dağıtmaq cəhdlərinə dair bəzi yeni məlumatlar yayılır.
İranın “Telegram” kanalları bildirir ki, İran Zəngəzura qoşun yeritmək istəsə də, Rusiya və Ermənistan buna qarşı çıxıb.
İlk rədd cavabını İrəvandan alan Tehran daha sonra bu məsələni Lavrov-Abdullahian görüşünə daşıyıb, ancaq Kreml bu təklifi Moskva-Ankara münasibətlərində gərginliyə səbəb olacaq addım kimi dəyərləndirdiyindən Tehrandan gələn portfeli kənara qoyub.
Bu informasiyaların doğruluğuna şübhə yeri qalmır, çünki Abdullahianın Lavrovla mətbuat konfransında Rusiyanın baş diplomatı nə Azərbaycan, nə də Türkiyə əleyhinə bir cümlə işlətdi.
Gorus-Qafan yolunda yaranan vəziyyətdən sonra İran və Ermənistan yeni tranzit yollarının salınması üzərində baş sındırır, amma hər iki tərəfdə bunun reallaşması üçün iqtisadi və maliyyə gücü yoxdur.
Zaman da İranın əleyhinə işləyir. İran Norduz sərhədindən İrəvana malların daşınması üçün alternativ tranzit marşrutunu istismara vermək üçün effektiv fəaliyyətlə məşğul olmur. Bu isə İran tərəfindən böyük bir biabırçılıqdır, ona görə də, İran Azərbaycanın şərtlərini qəbul etmək və bu şərtlərə etibarlı zəmanət vermək məcburiyyətindədir. Bakının şərti isə sadədir: Bölgədə Azərbaycana qarşı separatizmi və işğalçılıq siyasətini alovlandıran siyasətindən, Qarabağa yükdaşımalardan əl çək!
Türkiyə və İsrail bəhanəsi İrana Azərbaycana qarşı ittihamlar səsləndirməkdə ilhamverici qüvvədir. Ancaq Azərbaycanla münasibətlərin gərginləşməsi Türkiyəni tərəf edə bilər, bunun üçün Bakı-Ankara arasında imzalanan strateji müqavilələr hüquqi təməllər yaradır.
İran isə heç bir halda Türkiyə ilə qarşı-qarşıya gəlməyə cürət etməz.
Sonda, tez-tez İran Azərbaycanın İsraildən silah almasını özünün siyasi dairələrinin həzmindən keçirə bilmir. Amma tarixin dili həqiqət olaraq üzə çırpılır: İran İraqla müharibə zamanı İsraildən xeyli miqdarda silah-sursat alıb...
Bölməyə aid digər xəbərlər