13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin sədrliyi ilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, görüşdə çıxış edən Baş nazir Ə.Əsədov Gürcüstanın Baş nazirinin qısa zaman kəsiyində Azərbaycana ikinci dəfə səfər etdiyini bildirərək bunu iki ölkə arasındakı əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi səciyyələndirib.
Azərbaycan və Gürcüstan xalqlarının əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşadıqları vurğulanıb. Müstəqillik dövründə qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli münasibətlərin uğurla inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi məmnunluqla qeyd edilib.
İki ölkə arasında fəal siyasi dialoqun aparıldığı, Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədikləri vurğulanıb.
Pandemiyanin mənfi təsirinə baxmayaraq cari ilin 8 ayında ticarət dövriyyəsinin 41% artdığı diqqətə çatdırılıb. Azərbaycanın Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biri, həmçinin Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkə olduğu xüsusi vurğulanıb.
İki ölkə arasında nəqliyyat və tranzit sahəsində qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Hətta pandemiya şəraitində nəqliyyat və tranzit dəhlizlərinin fasiləsiz fəaliyyətini təmin etmək üçün bütün lazımi tədbirlərin görüldüyü diqqətə çatdırılıb. Bunun nəticəsi olaraq cari ilin 8 ayında Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınan yüklərin həcmində artım olduğu bildirilib.
Baş nazir Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranan yeni geosiyasi və geoiqtisadi reallıq barədə söhbət açaraq regionda nəqliyyat-kommunikasiya sisteminin bərpasının böyük perspektivlər vəd etdiyini və bütün bölgə ölkələri üçün faydalı olacağını vurğulayıb, o cümlədən, xüsusi olaraq Zəngəzur dəhlizini qeyd edib.
Gürcüstanın Baş naziri İ.Qaribaşvili ölkəsinin Azərbaycanla strateji tərəfdaşlığa böyük əhəmiyyət verdiyini, dostluq münasibətlərini daha da gücləndirmək niyyətində olduğunu diqqətə çatdırıb.
Azərbaycan ilə Gürcüstan tərəfindən uğurla həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Gürcüstan bütün istiqamətlərdə Azərbaycanla əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. İrakli Qaribaşvili investisiya sahəsində Azərbaycanın Gürcüstanda lider olduğunu qeyd edib. O pandemiya dövründə Azərbaycanın Gürcüstana dəstəyini xüsusi vurğulayıb.
Sonda Azərbaycan Respublikası ilə Gürcüstan arasında bir sıra sənədlər imzalanıb.
Bölməyə aid digər xəbərlər